Xidmət haqqında

Dizayn və Kreativ

Dilimizdəki dizayn sözü ingilis və fransız dillərində “design” sözünün qarşılığı kimi işlənir. "Design" sözü də latın mənşəlidir. Mükəmməl brendlərin əsas xüsusiyyəti sadə vizual ifadəyə və onları rəqiblərindən fərqləndirən unikal konnotasiyaya malik olmasıdır. Bir çox dünyaca məşhur brendləri adlarını belə tələffüz etmədən tanımağımızın səbəblərindən biri də onların bu dəyərlərə sahib olmasıdır. Təcrübəli komandamız markanızın sektordakı mövqeyini təhlil edərək hədəf auditoriya üçün dizayn və şirkətə vizyon qatacaq loqo hazırlayacaqdır.

Dizayn və Kreativ

Xidmətə nələr daxildir?

Loqo Dizayn

Loqonuz şirkətinizin əsas prioritetidir!

Loqo dizaynı şirkətlərin vazkeçilməz ehtiyaclarından biridir. Tək bir loqo dizaynı ilə özünüzü böyük auditoriyanın yaddaşında asanlıqla qala bilərsiniz. Qurduğunuz şirkətin adı kimi bir loqosu olmalıdır. Bu loqo sayəsində həm müştərilərinizə daha asan çata, həm də bu loqo ilə öz şirkət kimliyinizi asanlıqla əldə edə bilərsiniz. Tək bir işarə ilə çox şey ifadə edən, hər ölçüdə göz oxşayan loqo üçün sizlərdə xidmət üçün bizimlə əlaqə saxlayın.

 

UI/UX Dizayn

UI/UX Dizayn, istifadəçilərin interfeysə bağlılığını artıran dizayn proseslərinin toplusudur. Sizlər üçün interfeysi başa düşülən, istifadəçi məmnuniyyətini artıran tətbiqlər və saytlar yaradırıq. Komandamız saytınızın dizaynı hazırlanarkən bütün proseslərə diqqət edərək hədəf auditoriyanız üçün saytdan rahat istifadəni təmin edəcəklər.

Kopiraytinq

Kopiraytinq, reklam və ya digər marketinq formaları üçün mətn yazmaq, marka şüurunu artırmağı və nəticədə bir şəxsi və ya qrupu müəyyən bir hərəkət etməyə inandırmağı hədəfləyən yazılı məzmundur.  Bu işi icra edən şəxsə isə kopirayter adlanır. Reklam mətnləri çox professional səviyyədə yazılmalıdır. Nəzərə alınmalıdır ki, o mətnləri hər təbəqədən olan şəxslər oxuyacaq və ya dinləyəcək. Ona görə də reklam mətnlərinin dili kifayət qədər sadə və hər kəs üçün başa düşülən olmalıdır. Bu işlə dilimizin qaydalarını peşəkar səviyyədə bilən və məzmun tərtibatında böyük təcrübəyə malik kopirayterlərimiz məşğul olacaqlar.

Brendinq

Brendinq bütün marketinq kommunikasiyaları boyunca loqo, dizayn, şirkətin missiyası və digər elementləri birləşdirərək müştərinin şüurunda şirkət, onun məhsulları və ya xidmətləri haqqında güclü, müsbət fikir yaratmaq prosesidir. Effektiv brendinq şirkətlərə rəqiblərindən fərqlənməyə və sadiq müştəri bazası yaratmağa kömək edir.