Hədəf kütləniz kimlərdir ?

19 Dekabr 2022

Hədəf kütləsi dedikdə hər hansı məhsulu və ya xidməti alacaq potensial kütlə nəzərdə tutulur. Müxtəlif marketinq metodları ilə bu qrupa aid insanları araşdırıb, öyrənib, tapıb, daha sonra isə başqa vasitələrnən məhsulları, xidmətləri həmin kütləyə təklif edirik və qarşılığında isə onlar bizə müxtəlif üsullarla və vasitələrlə ödəniş edirlər.

Bəs hədəf kütlənizi necə təyin etməli ?

✅İstifadə etdiyiniz platforma mühitini anlamağa çalışın: hansı platformalardan istifadə etdiyinizi və onların sizə nə kimi faydası olduğunu bilməyiniz vacibdir.

✅Hədəf kütlənizi bilin: hədəf kütləsini müəyyən edən zaman ilk növbədə müştərilərinizin maraq dairələrini kəşf edərək onlara daha xüsusi yanaşmağa çalışın.

✅Bazarda mövcud olan rəqabəti izləyin: rəqiblərinizin tətbiq etdiyi strategiyaları və müştərilərin buna necə reaksiya göstərdiyini anlamağa çalışın.

✅Yaratdığınız kontenti mövzuya uyğunlaşdırın: müştərilərinizi cəlb etmək üçün onların maraq dairəsinə uyğun kontent hazırlayın.

✅ “İnfluencer Marketing” tətbiq edin: müxtəlif markaların məhsullarını və xidmətlərini tanıtmaq üçün tanınmış insanlardan istifadə etmə metodudur.